DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT
Baş DYP İdarəsindən avtomobilini azyaşlılara həvalə edən şəxslərə müraciət edib.
Bizim.Media xəbər verir ki, bu barədə Baş DYP İdarəsi məlumat yayıb.
Bildirilib ki, ötən gün paytaxtın Suraxanı rayonunda və Sumqayıt şəhəri ərazisində yetkinlik yaşına çatmayan şəxslər tərəfindən törədilmiş yol-nəqliyyat hadisələri nəticəsində 1 nəfər həyatını itirib, ana və onun azyaşlı qızı olmaqla 2 nəfər isə xəsarət alıb:
"Təəssüf ki, bəzən valideynlər avtomobilin sükanını bir müddət azyaşlı övladlarına həvalə etməklə artıq onların bu məsuliyyətli işin öhdəsindən gəldiklərini zənn edir, lakin yol hərəkəti qaydalarından xəbərsiz olan, mükəmməl sürmə vərdişlərinə yiyə...