Ödənişli əsaslarla universitetə qəbul olanların NƏZƏRİNƏ: 28 avqust - 8 sentyabrda...
Ödənişli əsaslarla ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olunmuş abituriyentlər 2025-2026-cı tədris ilinin payız semestri üçün 28 avqust - 8 sentyabr tarixlərində portal.edu.az platforması üzərindən təhsil qeydiyyatını həyata keçirdikləri zaman, paralel olaraq www.e-ttkf.edu.az portalı vasitəsilə təhsil tələbə krediti üçün müraciət edə bilərlər.
Bizim.Media xəbər verir ki, bu barədə Təhsil Tələbə Krediti Fondu məlumat yayıb.
Bildiririk ki, bu dövrdə müraciət sayının çoxluğunu nəzərə alaraq, təhsil tələbə kreditlərinə müraciət edən şəxslərə operativ dəstək göstərmək məqsədilə Fond tərəfindən yardım masası yaradılıb.
TTK müraciəti zamanı hər hans...