Paytaxt sakinlərinin NƏZƏRİNƏ – Saat 10.00-dan etibarən...
Aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması, yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə birləşdirilməsi, həmçinin qaz kəməri üzərində şamın və siyirtmənin quraşdırılması işləri ilə əlaqədar 05.09.2025-ci il tarixdə saat 10:00-dan etibarən Bakının bəzi ərazilərin qaz təchizatı dayandırılacaq.
Bizim.Media xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.
Məlumata görə, təmir-bərpa işləri aparılan müddətdə Qaradağ rayonu üzrə Səngəçal qəsəbəsi, Yol evləri və Bağ evləri yaşayış massivlərinin, Sabunçu rayonu üzrə Bakıxanov qəsəbəsi Y.Əliyev, B.Bünyatov, İ.Anaşkin, Əməkçi küçələrinin və N.İsmayılov prospektinin bir hissəsinin, Maştağa qəsəbəsinin isə X.Səfərəliyev, M.Hü...