Elektromobil sahiblərini gözləyən fantastik batareya xərcləri - VİDEO
Son dövrlər paytaxt küçələrində elektromobil idarə edən sürücülərlə tez-tez qarşılaşmaq olur.
Bu avtomobillərin əksəriyyəti taksidə istifadə edilir.
Bizim.Media xəbər verir ki, sosial şəbəkələrdə bu avtomobillərin batareyaları ilə bağlı müxtəlif paylaşımlar edilir.
Bu da elektomobil həvəskarlarında müxtəlif suallar yarıdır. Məsələn, bu avtomobillərin batareyaları hansı halda tez sıradan çıxır, qiyməti neçəyədir və s.
Elektromobil təmiri üzrə mütəxəssis Sübhan Abdullazadə deyir ki, batareyaların tez sıradan çıxmasının əsas səbəbləri kimi sürətli şarj, çox isti və ya soyuq hava şəraiti, həmçinin enerjinin tam bitməsi və ya tam dolmasıdır. Uzunömürlü istifadə üçün isə batareyanın do...