Trampdan TRİPP marşrutu ilə bağlı AÇIQLAMA
“Üç ay əvvəl mənim administrasiyam Ermənistan və Azərbaycan arasında bir sülh razılaşmasını imzaladı”.
Bizim.Media xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Ağ evdə Mərkəzi Asiya ölkələrinin liderləri ilə görüşdə deyib.
O bildirib ki, bu səkkiz ayda başa vurduğu səkkiz müharibədən biridir:
“Bu tarixi razılaşma yeni Tramp marşrutunun tikintisini də ehtiva edir. Bu, çox gözəl bir addımdır. Onlar ona mənim adımı verdilər. Mən bunu həqiqətən yüksək qiymətləndirirəm.
Əslində bu, böyük bir razılaşmadır. Bu, beynəlxalq sülh üçün yeni Tramp marşrutudur. Bu, dünyanın iqtisadi cəhətdən vacib regionundan keçən və Xəzər dənizinin o biri tərəfində ti...