Bacısı gözünün önündə öldürüldü, meşədə ölümə tərk edildi... - Xocalı şahidindən QANDONDURAN AÇIQLAMA – FOTO
Xocalı soyqrımında erməni cəlladlarının heç kimə, hətta uşaq, qoca, cavan, bir sözlə hamıya divan tutduqlarını hər birimiz bilirik. "Uf"demədən qarşılarına keçən hər kəsi vəhşicəsinə qırıb olmazın işgəncə veriblər. Bu faciədə böyüklərlə yanaşı uşaqlar da ciddi travmalarla üzləşiblər.
Bizim.Media-nın müsahibi hazırda Zaqatala rayonunda məskunlaşan, soyqırım günü 10 yaşında olan, 8 yaşlı bacısı gözünün önündə öldürülən və onu tək qoymayaraq meşədə günlərlə ac qalan Elşad Tofiq oğlu Zeynalovdur.
Qışqırıq səslərindən qulaq batırdı...
Elşad Zeynalov illər keçməsinə baxmayaraq hadisəni danışdıqca eyni hissləri yaşadığını, baş verən dəhşətlərin gözləri önündə kino lenti kimi canl...