Azərbaycan Rotterdam Konvensiyasına QOŞULDU
Azərbaycan "Beynəlxalq ticarətdə müəyyən təhlükəli kimyəvi maddələr və pestisidlər üzrə qabaqcadan əsaslandırılmış razılıq proseduru haqqında Rotterdam Konvensiyası"na qoşulub.
Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Milli Məclisin qəbul etdiyi qanunu təsdiqləyib.
Konvensiya 10 sentyabr 1998-ci ildə Niderlandın Rotterdam şəhərində imzalanıb.
Qeyd edək ki, Rotterdam Konvensiyası zərərli kimyəvi maddələrin və pestisidlərin beynəlxalq ticarətində təhlükəsizliyi təmin etmək məqsədi daşıyır.
Rotterdam Konvensiyası ölkələr arasında "əvvəlcədən məlumatlandırılmış razılıq" (Prior Informed Consent – PIC) prinsipi əsasında təhlük...