ŞAD XƏBƏR: Azərbaycanda bu şəxslərə ev veriləcək
“Çernobıl qəzasında zərər çəkənlər daha sürətli şəkildə mənzillə təmin olunacaqlar”.
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı komitə sədri, deputat Musa Quliyev deyib.
Millət vəkili bildirib ki, qanunun qəbul edildiyi vaxtdan keçən dövr ərzində birdəfəlik müavinətlər Prezident təqaüdü ilə əvəz olunub:
“Eyni zamanda əlilliyi olan şəxslər də əlillik dərəcələrinə uyğun olaraq pensiya alırlar. Bununla yanaş...