Biləsuvardan 11 köçkün ailəsi Cəbrayıla KÖÇÜLÜRDÜ
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində yenidən qurulan Cəbrayıl şəhərinə köçlər davam edir.
Cəbrayıl Rayon İcra Hakimiyyətindən Bizim.Media cənub bürosuna verilən məlumata görə, Biləsuvar rayonunda məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrdən bu gün 11 ailə - 53 nəfər Cəbrayıl şəhərinə yola salınıb.
Eyni zamanda, digər bölgələrdən də Cəbrayıla köçlər həyata keçirilib. Bakıdan 15 ailə (80 nəfər), Abşerondan 5 ailə (25 nəfər), Sumqayıtdan 3 ailə (16 nəfər), Saatlıdan 2 ailə (8 nəfər), Şabrandan 2 ailə (9 nəfər), Şəkidən 1 ailə (4 nəfər) və Beyləqandan 1 ailə (5 nəfər) bu gün Cəbrayıl şəhərində məskunlaşıbl...