Kolleclərə qeydiyyatın tarixi AÇIQLANDI
Tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar üçün qeydiyyat prosesinə sentyabrın 9-u saat 11:00-da start veriləcək.
Bu barədə Bizim.Media-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, namizədlər //portal.edu.az/ platformasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.
Qeyd edək ki, elektron sistem üzrə qeydiyyat 17 sentyabr saat 18:00-da yekunlaşacaq.
Bizim.Media...