Astaradakı kütləvi zəhərlənmənin SƏBƏBİ AÇIQLANDI – FOTO
Astara rayonunda məişət şəraitində baş verən zəhərlənmənin səbəblərinin müəyyən edilməsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən araşdırmalar aparılıb.
Bu barədə Bizim.Media-ya AQTA-dan məlumat verilib.
Bildirilib ki, araşdırma nəticəsində hadisənin qarpız zəhərlənməsindən baş verməsi ilə bağlı yayılan məlumatın həqiqətə uyğun olmadığı müəyyən edilib. Belə ki, Astara rayon sakinlərinin 03.09.2025-ci il tarixində Astara rayonu Motlayataq kəndində Heydərli Samir Firdovsi oğluna məxsus həyətyanı sahədə təşkil edilən kiçik toy mərasimində bir gün öncədən ev şəraitində hazırlanan qidalardan qəbul etdikləri məlum olub.
Məclisdə istehlaka təqdim edilən ev şəraitində bişmi...