Sabah sınaq imtahanı keçiriləcək
İnformatika fənni üzrə Respublika Fənn Olimpiadasının yarımfinal turunda iştirak edəcək şagirdlər üçün sınaq imtahanı keçiriləcək.
Bu barədə Bizim.Media-ya Təhsil İnstitutundan məlumat verilib.
İmtahan Beynəlxalq İnformatika Olimpiadasının (IOI) və İnformatika üzrə Respublika Fənn Olimpiadalarının qaydalarına əsasən keçirilir və iştirakçılara C++ və Python dillərindən istifadə etməklə həll üçün tapşırıqlar təklif olunacaq. Tapşırıqlar iştirakçıların alqoritmik təfəkkürünü, problem həlletmə bacarıqlarını və proqramlaşdırma qabiliyyətini yoxlayır.
Sınaq imtahanı ötən tədris ilinin yarımfinal turunun sualları əsasında təşkil olunacaq.
İmtahan 9 fevral tarixində saat 10:00-da keçiriləc...