Qarşıdakı 5 gündə Bakıda hava soyuq olacaq - RƏSMİ
Bu gün axşam saatlarından başlayaraq Bakıda və Abşeron yarımadasında havanın temperaturu mənfi 2°-dək enəcək. Fevralın 21-dən sonra isə hətta gündüz saatlarında temperaturun 0°-dən aşağı olması, yolların buz bağlaması gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova Bizim.Media-ya bildirib ki, Bakı və Abşeron yarımadasında mənfi temperatur və qar yağması prosesi ötən dövrlərdə 1-2 gün ərzində müşahidə olunurdusa, bu dəfə isə soyuq və qeyri-sabit hava şəraiti 5 gün ərzində davam edəcək və bu qışın ən uzunmüddətli soyuq dövrü olacaq. Bu müddət ərzində havanın temperaturunun 0-3° şaxta olacağı, fasilələrlə qar yağacağı, güclənən şimal küləyi n...