Naxçıvanda narkotik satışı ilə məşğul olan şəxslər SAXLANILDI - VİDEO
Naxçıvan Muxtar Respublikasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər müəyyən edilərək saxlanılıblar.
Bizim.Media xəbər verir ki, bu barədə Naxçıvan DİN məlumat yayıb.
Bildirilib ki, keçirilən əməliyyat tədbirləri zamanı əvvəllər məhkum olunmuş, 50 yaşlı Azadi Babayev saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman külli miqdarda heroin aşkar edilərək götürülüb. A.Babayev narkotik vasitəni satış məqsədilə əldə edib saxladığını etiraf edib.
Digər əməliyyat tədbirləri nəticəsində 30 yaşlı Atay Elçin, Sahib Zeynalov və 33 yaşlı Elvin Mehrəliyev də müəyyən edilərək saxlanılı...