Kolleclərə ixtisas seçimi BAŞA ÇATIR – Vaxt AÇIQLANDI
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi bu gün gecə başa çatır.
Bu barədə Bizim.Media-ya DİM-dən məlumat verilib.
Bildirilib ki, ixtisas seçmək hüququ olan abituriyent ali təhsil müəssisələrinin və orta ixtisas təhsili müəssisələrinin 20-dək ixtisas kodunu seçib, onları eservices.dim.gov.az/erizebak/ixtisas 2 internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə istədiyi ardıcıllıqla daxil edərək təsdiqləməlidir.
Müsabiqədə yalnız elektron ərizələrini təsdiq etmiş abituriyentlər iştirak edə bilə...