Direktorların işə qəbulu üzrə qeydiyyat BAŞLADI
Bu gün saat 11:00-dan etibarən direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu prosesinin elektron sənəd qəbulu mərhələsinə start verilib.
Bu barədə Bizim.Media-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, namizədlər 11 noyabr 2025-ci il saat 17:00-dək //miq.edu.az/direktor linkinə daxil olaraq elektron qeydiyyatdan keçə bilərlər.
"Proses Elm və Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada proqram təminatı vasitəsilə müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə seçim və müsahibə mərhələsindən ibarət olacaq.Seçim mərhələsində namizədlərin təqdim etdiyi məlumatlar və sənədlərin düzgünlüyü yoxlanıldıqdan ...