DYP-dən sürücülərə və piyadalara MÜRACİƏT
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) bütün hərəkət iştirakçılarına yağışlı və çiskinli hava şəraiti ilə bağlı müraciət edib.
İdarədən Bizim.Media-ya bildirilib ki, müraciətdə deyilir: “Hazırda ölkə ərazisində müşahidə olunan yağışlı və çiskinli hava şəraiti yol hərəkəti iştirakçıları üçün əlverişsiz mühit yaradaraq yollarda qəza riskini artırır.
Yağış nəticəsində yol səthinin sürüşkən olması, eləcə də görmə məsafəsinin məhdudlaşması sürücülərdən xüsusi diqqət, məsuliyyət və intizam tələb edir. Bu səbəbdən bir daha xatırladırıq ki, belə hava şəraitində nəqliyyat vasitəsini idarə edərkən sürət həddini azaldın, ara məsafəsini normadan artıq saxlayın, şüşəsilən və işıq cihazlarının ...