İlham Əliyevdən Küveyt Əmirinə: “Əməkdaşlığımızın dinamikası bizi sevindirir”
Prezident İlham Əliyev Küveyt Dövlətinin Əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabaha Küveyt Dövlətinin milli bayramı münasibətilə təbrik məktubu ünvanlayıb.
Bizim.Media xəbər verir ki, məktubda deyilir:
"Əlahəzrət,
25 Fevral – Küveyt Dövlətinin milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Biz Azərbaycan-Küveyt dövlətlərarası əlaqələrinə xüsusi əhəmiyyət veririk. Xoş ənənələrə əsaslanan dostluq münasibətlərimizin və əməkdaşlığımızın inkişaf dinamikası bizi sevindirir. Siyasi əlaqələrimizin yüksək səviyyəsi bütün sahələrdə qarşılıqlı ...