Sabirabadda DƏHŞƏTLİ HADİSƏ: "Azərenerji"nin əməkdaşlarından biri öldü, digəri yaralıdır
Sabirabad rayonunun iki sakini Salyan-Biləsuvar sərhədində elektrik dirəyindən yıxılıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə nəticəsində biri ölüb, digəri isə ağır yaralanıb.
Hadisə 15-20 metr hündürlükdə elektrik xətlərini çəkərkən baş verib. Zərərçəkənlər - 1989-cu il təvəllüdlü Novruz Yarməmməd oğlu Manafov və 1998-ci il təvəllüdlü Aqşin Gülağa oğlu Gülməmmədovdur.
Məlumata əsasən, hər iki şəxs ağır bədən xəsarətləri alıb. Salyan Mərkəzi Rayon Xəstəxanasına aparılan zaman Novruz Manafov yolda həyatını itirib. Digər yaralı Aqşin Gülməmmədova ilkin tibbi yardım göstərilib, lakin vəziyyətinin ağır olması səbəbindən onun Bakıya göndərilməsi planlaşdırılır.
...