DYP-dən bayram günlərində səfərə çıxan sürücülərə MÜRACİƏT
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) bayram günlərində yollarda təhlükəsizliklə bağlı hərəkət iştirakçılarına müraciət ünvanlayıb.
İdarədən Bizim.Media-ya verilən məlumata görə, Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar olaraq noyabrın 8-11-ni əhatə edən ardıcıl istirahət günlərində ölkə üzrə nəqliyyat axınının intensivləşəcəyi, paytaxtdan bölgələrə, eləcə də əks istiqamətdə hərəkətin artacağı gözlənilir.
BDYPİ hərəkət iştirakçılarına müraciət edərək bildirir ki, qarşıdakı dörd günlük qeyri-iş günlərində yollarda təhlükəsizliyin təmin olunması hər bir hərəkət iştirakçısının diqqətindən və məsuliyyətindən asılıdır.
Sürücülərdən xahiş olun...