Ukrayna XİN PUA hücumundan müdafiə sistemlərini təchiz etmək planına görə NATO-ya təşəkkür edib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın Xarici işlər naziri Dmitri Kuleba şəxsi “Twitter” hesabında paylaşım edib.
“Mən NATO-nun yaxın günlərdə Ukraynaya PUA hücumundan müdafiə sistemləri çatdırmağı planlaşdırması ilə bağlı Baş katib Yens Stoltenberqin bəyanatını alqışlayıram. Bizim müzakirə etdiyimiz və istədiyimiz də budur. Ukrayna üçün bu, daha çox xilas edilmiş həyat və daha yaxşı qorunan enerji infrastrukturu deməkdir. Təşəkkürlər, NATO” – deyə Kuleba qeyd edib.
Bizim.Media
I welcome @JensStoltenberg’s statement on NATO planning to deliver anti-drone air defense systems to Ukraine in the coming days. This is just what we discussed and requested. For Ukraine, this means more saved lives and a better protected energy infrastructure. Thank you, NATO.
— Dmytro Kuleba (@DmytroKuleba) October 18, 2022