Vətən müharibəsinin 23-cü günündə BAŞ VERƏNLƏR – XRONİKA/VİDEO 

Hazırda oxunan: Vətən müharibəsinin 23-cü günündə BAŞ VERƏNLƏR – XRONİKA/VİDEO 

99960

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı.

44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

Bizim.Media xəbər verir ki, Vətən müharibəsinin 23-cü gününün xronikasını təqdim edir. 

- Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Qumlaq, Hacılı, Göyərçinveysəlli, Niyazqullar, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri azad olunub. Bu barədə Prezident İlham Əliyev tviter hesabında məlumat verib.

- Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini və döyüş mövqelərini ağır artilleriyadan atəşə tutub. Bu barədə Prezident İlham Əliyev rəsmi tviter hesabında bildirib.

- Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın “TASS” informasiya agentliyinə videomüsahibə verib.

- Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin Sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

- Müdafiə Nazirliyinin məlumatına görə, cəbhənin Ağdərə-Ağdam, Füzuli-Hadrut-Cəbrayıl istiqamətlərində, eləcə də Araz çayı boyu müqavimət göstərməyə cəhd edən düşmənə qarşı döyüş əməliyyatları davam edib. Azərbaycan Ordusu cəbhənin müxtəlif istiqamətlərində düşmənin canlı qüvvəsini, 2 ədəd T-72 tankını, 2 ədəd BM-21 “Qrad” YARS qurğusunu, 1 ədəd D-30 və 1 ədəd D-20 haubitsa toplarını və 11 avtomobil texnikasını sıradan çıxarıb.

- Cəbrayıl və Füzuli istiqamətində düşməndən ələ keçirilən hərbi qənimətlərin videogörüntüsü yayılıb.

- Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində 61 mülki şəxs həlak olub, 282 nəfər xəsarət alıb, 1846 ev, 90 çoxmənzilli yaşayış binası və 341 mülki obyekt yararsız vəziyyətə düşüb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.

- Düşmənin mülki əhalini atəşə tutması nəticəsində Ağdam rayonunda üç nəfər, o cümlədən Azərbaycan Televiziyasının əməkdaşı xəsarət alıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin