Kommunal xidmətə görə limitlər ləğv edilsin - TƏKLİF

Hazırda oxunan: Kommunal xidmətə görə limitlər ləğv edilsin - TƏKLİF

99930

Milli Məclisin deputatı Tahir Kərimli qanunverici orqanın bu gün keçirilən iclasında təklif edib ki, hər yeni doğulan uşağın hesabına 2 min dollar pul köçürülsün:

“Azərbaycan Xalq Cümhuriyyətinin yüz illiyi ilə bağlı təklif etmişdim ki, hər bir vətəndaşa 100 manat pul verilsin. Hazırda da bunu ödəmək üçün kifayət qədər vəsaitimiz var.  Hazırda Neft Fondunun büdcəsində 55 milyard dollara yaxın vəsait var.
Hər vətəndaşa yüz manat verilsə, bu Fondun ümumi ehtiyatının cəmi 1 faizinə bərabər olacaq. İkincisi, ötən il 112 min uşaq dünyaya gəlib. Hər birinin hesabına 2000 dollar pul keçirilə bilər. Bəzi neft-qaz hasil edən ölkələrdə bu 10 minlərlə dollardır. Üçüncüsü, əhali qaz ödənişlərində çətinlik çəkir. 2,2 milyon ailəyə kommunal ödənişlər üçün 200 dollar vəsait ayrıla bilər. Bütün bu sadalananları həyata keçirmək üçün Neft Fondunun 2,5 faiz vəsaitini ayrıması yetərlidir”.

Görəsən, T. Kərimlinin bu təklifinin reallaşdırılması nə dərəcədə mümkündür? 

Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, mövcud prosesə hesablanmış addımlara getmək, gələcəkdə sosial öhdəliklərin yerinə yetirilməməsilə sonuclana bilər:

“Uzun illərdir ki, uşaq pulu məsələsi müzakirə olunur. Prosesin qanunvericilik şəklində və qalıcı halda olmasına ehtiyac var. Bu gün neftin qiyməti yüksək olduğundan ölkədə profisit var. Nəticədə ciddi əlavə vəsaitlər daxil olur. Amma bu o demək deyil ki, proses növbəti illərdə də belə davam edəcək. Ona görə də tək bu günki prosesə hesablanmış addımlara getmək, gələcəkdə sosial öhdəliklərin yerinə yetirilməməsinə səbəb ola bilər”. 

Bu səbəbdən də həmsöhbətimizə görə, sözügedən istiqamətdə qanunvericilik şəklində və birdəfəlik deyil, yalnız gələcəyə hesablanmış bəzi addımların atılması mümkündür: 

Son illərin demoqrafik vəziyyətini nəzərə alaraq, hər doğulan uşağa ilkin ödəniş kimi əlavə vəsaitlərin ödənilməsi mümkündür. Digər tərəfdən, ailədəki birinci deyil, ikinci və sonrakı doğulan uşaqların hər birinə aylıq 100 manat ödənilməlidir. Onun həyata keçməsi hər il cəmi 1 milyard manata başa gələcək”. 
Kommunal xidmətlərə gəldikdə ekspertin fikrincə, burada əsas problem limitlərlə bağlıdır:

“Limitlər aradan qaldırılmalıdır. Neft-qaz ölkəsi olan Azərbaycanda əhaliyə satılan elektrik enerjisi və təbii qazın limitlə verilməsi məntiqsizlikdir”deyə Natiq Cəfərli tamamlayıb.

Rüfət Sultan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin