Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan xaricə 14 897 429,93 min ABŞ dolları dəyərində 19 514 162,77 ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib.
Bizim.Media bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir.
Məlumata görə, ixrac olunan xam neft və xam neft məhsullarının həcmi 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 3,8% azalsa da, dəyəri 60,14% artıb.
Hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan xam neft və təbii qazın dəyərinə dair məlumatlar nəzərə alınıb.
Xatırladaq ki, ötən il Azərbaycan xaricə 13 218 936,05 min ABŞ dolları dəyərində 27 116 060,62 ton xam neft və xam neft məhsulları ixrac edib. İxrac olunan xam neft və xam neft məhsullarının həcmi 2020-ci ilin göstəricisi ilə müqayisədə 6,6% azalsa da, dəyəri 41,2% artıb.
Bizim.Media