“Müstəqilliyimiz 15 respublika arasında ən acınacaqlı müstəqillik oldu. Lakin Ulu Öndərin hakimiyyətə qayıtmasından sonra Azərbaycan elə bir inkişaf xətti götürdü ki, digər MDB respublikaları ölkəmizə həsəd aparır”.
Bizim.Media xəbər verir ki, bunu millət vəkili Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.
“Ordumuz da dünyanın aparıcı orduları arasındadır. Çünki mütəmadi olaraq yeni texinkalar alınır və NATO standartlarına uyğun təlimlər keçirilir”, - deyə deputat əlavə edib.
Millət vəkili “Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsinə də münasibət bildirib:
“Həm ehtiyatsızlıqdan, həm də qəsdən zərər vermə halları var. Bildiyiniz kimi, ordumuzda müddətli və MAXE kimi xidmət edənlər var. Hesab edirəm ki, bu qanun daha çox müqaviləli olaraq orduda xidmət edən hərbçilərə aid edilməlidir. Çünki müddətli hərbi xidmət keçənlər hərbi texnikalardan istifadəni öyrənmək ərəfəsində olurlar”.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:50 / 18.10.2022
“Ordumuz dünyanın ən yaxşıları sırasındadır” – DEPUTAT
Hazırda oxunan: “Ordumuz dünyanın ən yaxşıları sırasındadır” – DEPUTAT
Hazırda oxunan: “Ordumuz dünyanın ən yaxşıları sırasındadır” – DEPUTAT
99882
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.