Qohumu ilə ailə quran Nadir Bayramlı: “Səhər durub, evlənməyə qərar verdim” – VİDEO

Hazırda oxunan: Qohumu ilə ailə quran Nadir Bayramlı: “Səhər durub, evlənməyə qərar verdim” – VİDEO

99877

“İki oğlum, bir qızım var. Oğullarım ailəlidir, qızım isə yox. O, hazırda universitetdə təhsil alır. Üç nəvəm var”.

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Nadir Bayramlı qonaq olduğu “Elgizlə izlə” ictimai-sosial verilişində deyib.

Gənc yaşlarında ailə qurduğunu söyləyən sənətçi, 37 il əvvəl qohumu ilə evləndiyini açıqlayıb.

“Məni tez evləndirdilər. 22 yaşında. Əsgərlikdən gələndən sonra anam dedi ki, hazırlaş, səni evləndirirəm. Dedim xeyr, evlənməyə hələ hazır deyiləm. Bunun üstündə anamla aramda mübahisə oldu.
Gecə yatanda düşündüm ki, onsuz da sonda mən evlənməliyəm. Ailə qurduğum xanım qohumdur. Anam məsləhət gördüyündən, evlənmək lazımdır. Səhər durub, evlənməyə qərar verdim. 1985-ci ildə ailə qurmuşam. O gündən bu günə evliyəm. O illərdə kamera yox idi ki, toyda çəkiliş aparılsın, amma fotolar var. Toyum Füzulidə olmuşdu”.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin