"Hər yeni doğulan uşağın hesabına 2 min dollar yatırılsın" - Parlamentdə TƏKLİF  

Hazırda oxunan: "Hər yeni doğulan uşağın hesabına 2 min dollar yatırılsın" - Parlamentdə TƏKLİF  

99865

“Azərbaycan Xalq Cümhuriyyətinin yüz illiyi ilə bağlı təklif etmişdim ki, hər bir vətəndaşa 100 manat pul verilsin. Hazırda da bunu ödəmək üçün kifayət qədər vəsaitimiz var”.

Bizim.Media xəbər verir ki, bunu millət vəkili Tahir Kərimli Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.

“Hazırda Neft Fondunun büdcəsində 55 milyard dollara yaxın vəsait var. Hər vətəndaşa yüz manat verilsə, bu Fondun ümumi ehtiyatının cəmi 1 faizinə bərabər olacaq. İkincisi, ötən il 112 min uşaq dünyaya gəlib. Hər birinin hesabına 2000 dollar pul keçirilə bilər. Bəzi neft-qaz hasil edən ölkələrdə bu 10 minlərlə dollardır.
Üçüncüsü, əhali qaz ödənişlərində çətinlik çəkir. 2,2 milyon ailəyə kommunal ödənişlər üçün 200 dollar vəsait ayrıla bilər. Bütün bu sadalananları həyata keçirmək üçün Neft Fondunun 2,5 faiz vəsaitini ayrıması yetərlidir.

Hesab edirəm ki, bu böyük məbləğ olmaz. Bu pulu xalqımız üçün xərcləmək olar. Eyni zamanda, təhsili vətəndaşa pulla satmaq lazım deyil. Hesab edirəm ki, təhsil tamamilə pulsuz ola bilər”, - deyə deputat əlavə edib.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin