Sabiq nazir Azad Rəhimovun oğlu vəzifəsindən çıxarıldı

Hazırda oxunan: Sabiq nazir Azad Rəhimovun oğlu vəzifəsindən çıxarıldı

99861

Formula 1 Azərbaycan Qran Prisinin təşkilatçısı - Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) rəhbərliyinə dəyişiklik edildiyi açıqlanıb. Yeni dəyişikliyə əsasən, Maqsud Fərzullayev icraçı direktor vəzifəsini icra edən təyin olunub. Son 7 il ərzində bu vəzifədə çalışan sabiq nazir Azad Rəhimovun oğlu Arif Rəhimov fəaliyyətini özəl sektorda davam edəcək.

Bizim.Media xəbər verir ki, M. Fərzullayev Milli Gimnastika Arenasında icraçı direktor vəzifəsində çalışıb, 2015-ci ildə keçirilmiş Avropa oyunları və Bakıda keçirilmiş 2017 İslam Həmrəyliyi Oyunlarına, eləcə də, 2022-ci il Formula 1 Azərbaycan Qran Prisinin təşkilat komitəsində öz töhfəsini verib.

O, həmçinin, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin müxtəlif dövlət əhəmiyyətli layihələrində yaxından iştirak edib.

“Maqsud Fərzullayev artıq uzun illərdir ki, ölkəmizin idman sahəsinin inkişafında yetərincə təcrübə qazanıb. Əminliklə qeyd edə bilərəm ki, o, yeni vəzifəsini layiqincə yerinə yetirəcək və mən də hər zaman ona bu sahədə dəstəyimi göstərməyə hazıram.” – deyə Arif Rəhimov söyləyib.
Öz növbəsində, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin bütün heyəti Arif Rəhimova gələcək fəaliyyətində uğurlar arzulayıb.

Xatırladaq ki, yeni yarış təqvimində Formula 1 Azərbaycan Qran Prisi FIA Formula 1 Dünya Çempionatının beşinci yarışıdır və 28-30 aprel, 2023-cü il tarixlərində keçiriləcək.

Bu ilin iyununda paytaxtımızda uğurla keçirilən yarışı 78000 azarkeş izləyib və yarış hazırkı dünya çempionu Maks Ferstappenin qələbəsi ilə sona çatıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin