Azərbaycan ərazilərinin minalanması ilə bağlı HESABAT HAZIRLANDI 

Hazırda oxunan: Azərbaycan ərazilərinin minalanması ilə bağlı HESABAT HAZIRLANDI 

99848

"Türkiyə Ermənistanın Azərbaycan ərazilərini minalaması ilə bağlı hesabat hazırlayıb".

Bizim.Media xəbər verir ki, bunu Türkiyənin Baş Ombudsmanı Şeref Malkoç bu gün Bakıda keçirilən Asiya Ombudsmanlar Assosiasiyasının iclasında çıxışı zamanı deyib.

Ermənistan tərəfindən Azərbaycan ərazilərinin minalandığını vurğulayan Türkiyənin Baş Ombudsmanı işğaldan azad olunan yerləri ziyarət etdiyini xatırladıb.
 

O, həmin ərazilərdə Ermənistan tərəfindən basdırılan minalarla bağlı hesabat hazırladıqlarını qeyd edib.

Vətən müharibəsi zamanı Ermənistanın ballistik raketlərlə Azərbaycan şəhərlərini bombaladığını xatırladan Ş.Malkoç həmin şəhərlərdə olduğunu və insan hüquqları ilə bağlı hesabat hazırladıqlarını bildirib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin