Yanvarın 1-dən pensiyalar nə qədər artırılacaq? - RƏSMİ - VİDEO

Hazırda oxunan: Yanvarın 1-dən pensiyalar nə qədər artırılacaq? - RƏSMİ - VİDEO

99846

Əmək pensiyalarının indeksləşdirilməsində yol verilən ayrı-seçkilik aradan qaldırılır. Bu, “Əmək pensiyaları haqqında” qanuna təklif olunan dəyişikliklər sayəsində mümkün olacaq.

Bizim.Media xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin sektor müdiri Aynurə Zamanova Xəzər televiziyasına deyib ki, bütün növ əmək pensiyaları hər ilin əvvəlində vahid qaydada indeksasiya edilərək artırılacaq.

Digər bir dəyişiklik isə Prezidentin ötənilki sərəncamı ilə pensiyalara 200 manatlıq əlavələrin də ümumi pensiya məbləğinə daxil edilərək birgə indeksasiya olunub artırılması ilə bağlıdır.
Gələn il üçün pensiyaların artımı bu il ərzində qeydə alınmış orta aylıq əməkhaqqının artım faizi ilə müəyyən ediləcək. Orta aylıq əməkhaqqında artım faizini isə Dövlət Statistika Komitəsi müəyyənləşdirəcək.

Bundan başqa, təkliflər Milli Məclis tərəfindən təsdiq edilsə, qulluq stajına görə pensiya alan şəxslərin təqaüdləri də hər il orta illik əməkhaqqının artım faizinə görə indeksləşdiriləcək.

Yeni dəyişiklər təklifi bu sahədə inzibatçılığın yüngülləşdirilməsinə və əməkhaqqı artımı ilə bağlı hər hansı məlumat təqdim etmə öhdəliyinin aradan qalxmasına imkan verəcək.

Bizim.Media
 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin