Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld 18 oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan dövlətini və xalqını təbrik edib.
Bizim.Media xəbər verir ki, diplomat bu barədə “Twitter”də yazıb.
“31 il əvvəl Azərbaycan müstəqilliyini bərpa etdikdən bəri Böyük Britaniya Azərbaycanın yanındadır. Bu gözəl ölkə 70 il SSRİ-nin tərkibində yaşayıb. Buna baxmayaraq, o, öz mədəniyyətini və dəyərlərini qoruyub saxlayıb”, - F.Auld vurğulayıb.
Diplomat bildirib ki, Azərbaycan və Böyük Britaniya son 30 ildə mədəniyyət, iqtisadiyyat, ətraf mühit və bir çox başqa sahələrdə əməkdaşlıq edir:
“Bizim bu əməkdaşlığımız hər il genişlənir. Ölkələrimiz və xalqlarımız arasında dostluq daha da güclənir. Bütün Azərbaycan xalqını Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edirəm”.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
10:40 / 18.10.2022
Britaniya səfiri: “Hər zaman Azərbaycanın yanındayıq” - VİDEO
Hazırda oxunan: Britaniya səfiri: “Hər zaman Azərbaycanın yanındayıq” - VİDEO
Hazırda oxunan: Britaniya səfiri: “Hər zaman Azərbaycanın yanındayıq” - VİDEO
99842
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.