“İsveç NATO ilə bağlı qərarda Türkiyəyə sadiqdir” – Baş nazir  

Hazırda oxunan: “İsveç NATO ilə bağlı qərarda Türkiyəyə sadiqdir” – Baş nazir  

99805

İsveçin yeni seçilən Baş naziri Ulf Kristersson ölkəsinin NATO-ya üzv olmasına dair Türkiyə ilə əldə edilən razılaşmaya sadiq qaldıqlarını bildirib. 

Bizim.Media xəbər verir ki, İsveçin Baş naziri bu barədə “Anadolu” agentliyinə müsahibəsində məlumat verib. 

O, razılaşmaya sadiq qalaraq müqavilənin tələblərini yerinə yetirmək üçün bütün güclərini səfərbər edəcəklərini söyləyib:

“NATO-ya üzvlük İsveç və Finlandiya üçün çox önəmlidir. Türkiyə ilə NATO-ya üzvlüyə dair razılaşmaya sadiqik. Biz Türkiyə, İsveç və Finlandiya arasındakı razılaşmanın tələblərini yerinə yetirmək üçün əlimizdən gələni edəcəyik”. 

Baş nazir Türkiyə rəsmiləri ilə məsələni müzakirə edəcəklərini dialoq çərçivəsində problemlərin həllinə nail olacaqlarını da vurğulayıb:

“Arzumuz İsveç və Finlandiyanın NATO üzvlüyünə tərəfdaş kimi qəbul olunmasıdır”. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin