Erməni deputatın ETİRAFI: “İrəvanı danışıqlara yaxın buraxmırlar”

Hazırda oxunan: Erməni deputatın ETİRAFI: “İrəvanı danışıqlara yaxın buraxmırlar”

99760

“Cənubi Qafqaz regionu ətrafında baş verən proseslər heç də diplomatiya hesab edilmir. Bu, fövqəldövlətlər arasında real qarşıdurmadır”.

Bizim.Media erməni KİV-nə istinadən xəbər verir ki, bu fikirləri oktyabrın 17-də “Ermənistan” müxalifət fraksiyasının üzvü, deputat Elinar Vardanyan səsləndirib.

Onun sözlərinə görə, qarşıdurmanın bütün fəallığına baxmayaraq, Azərbaycan bu proseslərdən kənarda qalır, Ermənistan isə episentrdədir:

“Bu vəziyyət bizim üçün pis nəticələr verə bilər”.

O vurğulayıb ki, hazırda “Ermənistan ətrafında, daha doğrusu Ermənistanla bağlı” danışıqlar gedir və bu danışıqlarda bəzən rəsmi İrəvan iştirak etmir:

“Bu proseslər nəticəsində vaxtaşırı ortaya çıxan ehtiyatlı nikbinlik yeni təhdidlər və Ermənistandan yeni güzəşt tələbləri ilə əvəzlənir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin