Bakıda tanışını qətlə yetirməkdə təqsirləndirilən Adəm Quliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
Adəm Quliyev 9 il müddətinə azadlıqdan mərhum edilib.
Qeyd edək ki, hadisə bu ilin aprelində Sabunçu rayonunda qeydə alınıb. 1984-cü il təvəllüdlü Adəm Quliyev şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı tanışı, 1975-ci il təvəllüdlü Natiq Nəcəfova bıçaqla xəsarət yetirib.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
A.Quliyevə qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Eldar Məmmədli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:10 / 17.10.2022
Bakıda tanışını qətlə yetirən şəxsə hökm oxundu
Hazırda oxunan: Bakıda tanışını qətlə yetirən şəxsə hökm oxundu
Hazırda oxunan: Bakıda tanışını qətlə yetirən şəxsə hökm oxundu
99722
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.