“Ermənilər hərbi əsrlərlə bağlı məsələləri gündəmə gətirməyə çalışırlar” – Nigar Arpadarai

Hazırda oxunan: “Ermənilər hərbi əsrlərlə bağlı məsələləri gündəmə gətirməyə çalışırlar” – Nigar Arpadarai

9972

“AŞPA-nın qış sessiyasında Monitorinq komitəsinin təqdim etdiyi hesabatda Dağlıq Qarabağ münaqişəsi haqqında bəndlər da var idi. Bu hesabat müzakirə olunduqda ermənilərin 11-ci bəndə 4 əlavəsi var idi. Lakin müzakirələr zamanı hərbi əsirlərlə bağlı əlavələrin heç biri qəbul olunmadı. Çünki bizim nümayəndə heyəti hələ Monitorinq Komitəsinin iclasları zamanı, onun qəbul olunmasının qarşısını alıb”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında millət vəkili, AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü Nigar Arpadarai deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Nigar Arpadarai: “Bütün sınaqlardan üzüağ çıxa bildik”


Onun sözlərinə görə, ermənilər sessiyada  imzalanmış üçtərəfli atəşkəs razılığından sonra Azərbaycan torpaqlarına soxulmuş və orada terror aktları törətməyə çalışan diversantları hərbi əsir kimi təqdim etməyə çalışırlar.

“Ermənilər sessiyanın ilk günündən hərbi əsrlərlə bağlı məsələləri gündəmə gətirməyə çalışırlar, lakin onların bu istəkləri rədd edilir. Onların imzalanmış üçtərəfli atəşkəs razılığından sonra saxlanılmış diversant və terrorçuları müharibə əsirləri kimi təqdim etmək cəhdləri uğursuz olur və heç kim tərəfindən dəstəklənmir.Ümumilikdə Ermənistan tərəfinin hazırda AŞPA-da qaldırdıqları mövzular hərbi əsirlərlə bağlıdır. Bundan başqa onlar humanitar məsələləri gündəmə gətirməyə çalışırlar”,- deyə millət vəkili bildirib.

Millət vəkili Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasının bütün iclaslarında aktiv iştirak etdiyini söyləyib.

Onun sözlərinə görə, nümayəndə heyəti ermənilərin bütün yalanlarını ifşa etməkdə davam edir.

“Azərbaycan nümayəndə heyəti aktiv olaraq bütün sessiyalarda, komitə iclaslarında iştirak edir. AŞPA-nın iş sxemi elə qurulub ki, burada əsas iş komitələrdə gedir. Komitələrdə müxtəlif mövzular ətrafında müzakirələr, dinləmələr olur, sənədlər qəbul olunur. Bunun üçün də əsas komitəlrədə aktiv olmaq tələb olunur, bu çox önəmlidir”.

Xatırladaq ki, AŞPA-nın 2021-ci il yanvarın 25-dən 28-dək keçirilən növbəti qış sessiyası fərqli formatda təşkil olunub.

Parlament Assambleyası üzvlərinin bir qismi Strasburqda sessiyada iştirak edir, digər qismi isə sessiyaya virtual qoşulur.

Vüsalə Balayeva, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin