Bu ilin sonunda pandemiya bitə bilər - RƏSMİ

Hazırda oxunan: Bu ilin sonunda pandemiya bitə bilər - RƏSMİ

99694

Bir müddət öncə səhiyyə naziri Teymur Musayev Azərbaycanda koronavirusdan ölüm hallarının minimal səviyyədə olduğunu qeyd edib. “Yoluxanlar hələ də var. Buna görə pandemiyanın sonuna doğru getdiyimizi bəyan edə bilərəm”, – deyə o bildirib.

Bizim.Media xəbər verir ki, mövzunu trend.az-a açılqmasında  Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev davam etdirib.

Onun sözlərinə görə, pandemiyanın sona yaxınlaşmağı ilə bağlı bənzər fikirləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom da səsləndirib.

“Hazırda Azərbaycanda pandemiyanın gedişatı da onu göstərir ki, yoluxma hallarının sayı minimuma enib və ciddi bir COVID-19 şikayəti ilə xəstə müraciəti də olmur. Yəni həm xəstəliyi keçirən insanların sayı azalıb, həm də yoluxanlar daha yüngül formada keçirir. Zamanla bu mövsümi xarakter almağa başlayacaq. Düşünürəm ki, artıq pandemiya bu ilin sonunda aktuallığını itirəcək", - mütəxəssis deyib.

O, qeyd edib ki, koronavirusla bağlı hər hansı konkret bir fikir söyləmək bəzən yalnış ola bilər:

"Çünki ciddi bir mutasiya olarsa, bu, yoluxma hallarına gətirib çıxara bilər. Lakin bu hazırda çox böyük ehtimal deyil, çünki yoluxma azalma istiqamətində gedir. Ona görə bu ilin sonunda pandemiya bitə bilər”, - deyə Vasif Əliyev yekunlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin