“Həyat yoldaşımla ayrılmağım haqda efirlərdə çox danışmışam. Düşünürəm ki, bu haqda hər dəfə danışmaq lazım deyil. Həyat davam edir. Hər birimiz üçün yaxşı olar”.
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Aytac Bərdəli qonaq olduğu “Elgizlə izlə” ictimai-sosial verilişdə deyib.
Sənətçi bildirib ki, həyat yoldaşı türk vətəndaşı, iş adamı Can Bekirlə boşanma ərəfəsindədir.
“Biz öz aramızda bu məsələni danışmışıq. Boşanma davam edir. İşimiz məhkəmədədir. İstəyirəm ki, tam boşanma prosesi bitsin, daha sonra açıqlama verim”, - deyə A.Bərdəli deyib.
Qeyd edək ki, Aytac Vidadiqızı mərhum müğənni Vidadi Bərdəlinin qızıdır.
Rəşad Əliyev, Bizim.Media