Oktyabrın üçündə toyu olan müğənni Almaxanım Əhmədli özəl günündən paylaşdığı görüntülərlə diqqətləri üzərinə cəmləyib.
Bizim.Media xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında toydan əvvəl evlərində çəkilən fotoları sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Murad adlı bəylə ailə həyatı quran Almaxanımın yayımladığı şəkillərdə atası və anası əks olunub.
Bundan başqa atası əlində tutduğu "Qurani-Kərim" kitabının qızının alnına qoyması və onu öpməsi fotoları da diqqət çəkib.
Qeyd edək ki, Almaxanım şair Vüqar Əhmədin övladı, müğənni İzzət Bağırovun bacısı qızıdır. Xanəndə AzTV-nin solistidir.
Rəşad Əliyev, Bizim.Media