Əməkdar artist Nüşabə Ələsgərli açıqlaması ilə gündəmə gəlib.
Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu "Elgizlə izlə" ictimai-sosial verilişdə subay olduğu zaman toylarda iştirakı zamanı bəylərdən evlilik təklifləri aldığını bildirib.
"Subay vaxtlarımda toylara getdiyimdə mənə də üzərində nömrələr yazılmış salfetkalar verilirdi. Nə günahım vardı? O salfetkaları elə toyda da cırıb, tullayırdım", - deyə Nüşabə vurğulayıb.
Qeyd edək ki, Nüşabə Ələsgərli hazırda fitnes məşqçı Rza Toni ilə evlidir. Bu, N.Ələsgərlinin ikinci evliliyidir. Onun ilk nikahdan Nigar adlı bir qızı və Orxan adlı bir oğlan övladı var.
Rəşad Əliyev, Bizim.Media