Səlcuq Bayraktar: “Biz “Kızılelma”nın son mərhələsindəyik”

Hazırda oxunan: Səlcuq Bayraktar: “Biz “Kızılelma”nın son mərhələsindəyik”

99548

Türkiyə Texnoloji Komandası Vəqfinin yaradıcısı və rəhbəri, “Baykar Makina”nın ortaq sahibi Səlcuq Bayraktar gənclərlə bir araya gəlib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya dha.com.tr saytında yer alıb.

"Buraya gəlməzdən əvvəl bir sınağımız oldu. Ümid edirəm ki, “Kızılelma”nın ilk uçuşuna sayılı günlər qalıb”, deyə o, qeyd edib.

23 İstedad Dərnəyi tərəfindən bu il ikinci dəfə təşkil edilən tədbir 2000-dən çox universitet tələbəsinin iştirakı ilə baş tutub. 

Gənclər nüfuzlu şəxslərin hekayələrini dinləmək fürsəti əldə ediblər. Tədbirdə gənclər üçün sürpriz qonaqlardan biri də Selçuk Bayraktar olub. O, çıxışına Bartında həyatını itirən mədənçilərə rəhmət diləməklə başlayıb. Bayraktar “Baykar”ın pilotsuz təyyarələrinin hekayəsini gənclərlə paylaşıb.

"20 illik hədəfimiz olan pilotsuz döyüş təyyarəmizi, müəyyən mənada ən yüksək zirvədə yer alan “Kızılelma”mızı inkişaf etdirmək kimi 20 illik xəyalımızı davam etdiririk. Ümid edirəm ki, 2023-cü ildə ilk uçuşunu müvəffəqiyyətlə həyata keçirəcək.
Digər tərəfdən gəmilərə yerləşdirilən Bayraktar TB3 SİHA-lar da hazır olacaq. Bu iki platforma sona çatandan sonra hərb tarixində bir inqilab olacaq”, deyə Bayraktar fikirlərini yekunlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin