"Nant"ı Fransada "Qarabağ"a qarşı keçirəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyununa fərqli baş məşqçi çıxara bilər.
Bizim.Media "L Equipe" nəşrinə istinadən xəbər verir ki, uğursuz nəticələrdən narazı qalan klub rəhbərliyi Antuan Kambuareni istefaya göndərməyə hazırlaşır.
İddiaya görə, Liqa 1 təmsilçisi artıq yeni baş məşqçi axtarışlarına başlayıb. Oktyabrın 16-da "Brest"lə çempionat oyunu 59 yaşlı mütəxəssisin bu vəzifədə son matçı ola bilər. Kollektiv bu görüşdə də uduzsa, Kambuare qovulacaq.
Nant şəhərinin eyniadlı təmsilçisi ölkə çempionatı və avrokuboklarda ümumilikdə keçirdiyi son 7 qarşılaşmada qələbə qazana bilməyib. Komanda Liqa 1-də 7 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.
Qeyd edək ki, "Nant" və "Qarabağ" arasında V tur görüşü oktyabrın 27-də Fransada olacaq. Bakıdakı II tur matçında "köhlən atlar" rəqibini darmadağın edib - 3:0.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:43 / 15.10.2022
Fransa klubu "Qarabağ"la oyun öncəsi baş məşqçisini QOVA BİLƏR
Hazırda oxunan: Fransa klubu "Qarabağ"la oyun öncəsi baş məşqçisini QOVA BİLƏR
Hazırda oxunan: Fransa klubu "Qarabağ"la oyun öncəsi baş məşqçisini QOVA BİLƏR
99416
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.