“Mərkəzi Asiya ölkələrinə SSRİ kimi yanaşmayın” – Tacikistan rəhbərindən Putinə -VİDEO 

Hazırda oxunan: “Mərkəzi Asiya ölkələrinə SSRİ kimi yanaşmayın” – Tacikistan rəhbərindən Putinə -VİDEO 

99366

“Sizi Mərkəzi Asiya ölkələrinə SSRİ kimi yanaşmamağa çağırıram”.

Bizim.Media xəbər verir ki, bunu Tacikistan Prezidenti Emoməli Rəhmon MDB Dövlət Başçıları Şurasının sammitində çıxışı zamanı deyib.

Rusiya prezidenti Vladimir Putinə müraciət edən Rəhmon bildirib ki, onun ölkəsi əsas strateji tərəfdaşı olan Rusiya Federasiyasının maraqlarına hörmət edir və ona hörmətlə yanaşılmasını istəyir.
Rəhmon çıxışı zamanı Sovet İttifaqının dağılmasından danışıb.

“İndiki kimi biz şahidi olurduq ki, kiçik respublikalara, kiçik xalqlara diqqət yox idi. Ənənələr və adətlər nəzərə alınmırdı. Onların inkişafı dəstəklənmirdi”,- deyərək Tacikistan rəhbəri hadisələrin şahidi olduğunu vurğulayıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin