Maks ləqəbli it Avstraliyanın milli qəhrəmanı olub.
Bizim.Media “7News”a istinadən xəbər verir ki, Avstraliyada bir köpək çayda boğulan uşağı xilas edib.
Belə ki, itin sahibi çimərlikdə istirahət edərkən qəfildən su axınının çaya girən uşağı apardığını görüb.
Kişi daşa çırpılmaq təhlükəsi altında qalan uşağı xilas etməyə çalışsa da, iti onu qabaqlayıb.
Məlumata görə, “Staf” və “buldoq” növlərinin calağı olan Maks hadisədən sonra bu ölkənin milli qəhrəmanı adlandırılıb.
Bizim.Media