Harri Potter filmlərində Haqrid obrazını canlandıran aktyor Robbi Koltreyn vəfat edib.
Bizim.Media xəbər verir ki, aktyor 72 yaşında dünyasını dəyişib.
Aktyorun köməkçisi Belinda Rayt verdiyi açıqlamada onun Şotlandiyanın Falkirk yaxınlığındakı xəstəxanada öldüyünü təsdiqləyib.
Qeyd edək ki, aktyor İTV detektiv dramında "Kraker" və Ceyms Bondun "Qızıl göz" və "Dünya kifayət deyil" filmlərində rol alıb.
Bizim.Media
I'll never know anyone remotely like Robbie again. He was an incredible talent, a complete one off, and I was beyond fortunate to know him, work with him and laugh my head off with him. I send my love and deepest condolences to his family, above all his children. pic.twitter.com/tzpln8hD9z
— J.K. Rowling (@jk_rowling) October 14, 2022