Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" onlayn şahmat seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid” turnirində mübarizəyə start verib.
Bizim.Media xəbər verir ki, Məmmədyarov ilk görüşündə yarışın təşkilatçısı Maqnus Karlsenlə qarşılaşıb və 45-ci gedişdə rəqibini məğlub edib.
Bu gün ümumilikdə 4 oyun keçirəcək Məmmədyarovun növbəti rəqibləri polşalı Yan Kşiştof-Duda, niderlandlı Aniş Qiri və kanadalı Erik Hansen olacaq.
Qeyd edək ki, ümumi mükafat fondu 150 min dollar olan turnirin qrup oyunlarından sonra ilk səkkiz yeri tutacaq şahmatçılar pley-offa vəsiqə qazanacaqlar.
Bizim.Media
- A-
- A
- A+
İdman
21:25 / 14.10.2022
Şəhriyar Məmmədyarov beynəlxalq turnirə təşkilatçısını məğlub edərək başlayıb
Hazırda oxunan: Şəhriyar Məmmədyarov beynəlxalq turnirə təşkilatçısını məğlub edərək başlayıb
Hazırda oxunan: Şəhriyar Məmmədyarov beynəlxalq turnirə təşkilatçısını məğlub edərək başlayıb
99354
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.