Ötən gün keçirilən “Qarabağ-Olimpiakos” qarşılaşmasını izləyənlər arasında Vətən müharibəsi şəhidlərinin övladları da olub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə 30-a yaxın şəhid övladı stadiona gələrək komandamızın mübarizəsinə öz dəstəklərini ifadə ediblər.
Azyaşlılar stadiona giriş zamanı digər futbol azarkeşləri tərəfindən səsləndirilən “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı ilə qarşılanıblar.
MÖVZU İLƏ BAĞLI:
"Qarabağ"-"Olimpiakos" matçı BAŞLADI
Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov da qarşılaşmanı şəhid övladları ilə birlikdə izləyib.
Qarşılaşma zamanı uşaqlardan ibarət azarkeşlər Qarabağ futbol klubuna olan dəstəklərini üç rəngli bayrağımızı dalğalandıraraq göstəriblər.
Səkinə Yusibli, Bizim.Media