Bakı Hərbi Məhkəməsində tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkətlərdə ittiham olunan gizir Xanhüseyn Bayramovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, məhkəmənin hökmü ilə X.Bayramov barəsində 6 ay sınaq müddəti təyin edilməklə, şərti cəza seçilib.
İttihama görə, X.Bayramov hərbi xidmət zamanı vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan şəxsə zor tətbiq edib.
Onun barəsində Cinayət Məcəlləsinin 329.1-ci maddəsi ilə cinayət işi başlanıb.
Eldar Məmmədli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:59 / 14.10.2022
Tabeliyində olan şəxsə zor tətbiq edən gizirə HÖKM OXUNDU
Hazırda oxunan: Tabeliyində olan şəxsə zor tətbiq edən gizirə HÖKM OXUNDU
Hazırda oxunan: Tabeliyində olan şəxsə zor tətbiq edən gizirə HÖKM OXUNDU
99229
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.