UEFA Avropa Liqasının qrup mərhələsinin IV turundan sonra həftənin ən yaxşı qolu adına namizədlərin siyahısı açıqlanıb.
Bizim.Media xəbər verir ki, bu ada “Real Sosyedad”ın heyətində “Şerif”lə matçda fərqlənən norveçli Aleksandr Sörlot, “Trabzonspor”un “Monako” ilə matçında cərimə zərbəsini dəqiq yerinə yetirən şimali makedoniyalı Enis Bardi, PSV-nin “Sürix”i 5:0 hesabı ilə darmadağın etdiyi matçda qol vuran niderlandlı Coey Veerman və səfərdə “Feyenord”la 2:2 hesablı bərabərlikdə rolu olan “Midtüllan”lı Martinez iddialıdır.
Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında səsvermə ilə müəyyənləşəcək.
Bizim.Media
A, B, C or D ❓ Who gets your vote for #UEL Goal of the Week? ⚽️?@Heineken | #UELGOTW
— UEFA Europa League (@EuropaLeague) October 13, 2022