“Ölkə bazarında 90% məhsullar GMO-dur” – AQTA kimin lobbiçiliyini aparır? 

Hazırda oxunan: “Ölkə bazarında 90% məhsullar GMO-dur” – AQTA kimin lobbiçiliyini aparır? 

99093

“Azərbaycanda GMO məhsullarını müəyyən edəcək laboratoriyalar yoxdur. Ona görə də həm idxal olunan, həm də istehsal olunan məhsulların xeyli hissəsi GMO-dur. Halbuki, qanunvericiliyə görə bütün məhsullar markalanan zaman onun GMO mənşəli olub, olmaması barədə məlumat verilməlidir. Çox təəssüf ki, ölkəmizdə qanunvriciliyin bu tələbi ciddi şəkildə pozulur. Heç bir məhsulun üzərində bu barədə məlumat yerləşdirilməyib”.

Bu fikirləri Bizim.Media ilə GMO məhsullarla bağlı söhbətində kənd təsərrüfatı üzrə ekspert Akif Nəsirli səsləndirib.

O, bildirib ki, əksər Avropa ölkələrində və bəzi Asiya dövlətlərində GMO məhsullarının idxalına qadağa qoyulub. Bəzi ölkələrdə isə məhdudiyyətlər tətbiq edilir. Azərbaycanda isə GMO ilə bağlı heç bir məhdudiyyət yoxdur:
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan bazarına mövsümdən erkən gətirilən MEYVƏLƏR – Sağlamlıq üçün ZİYANLIDIRMI?


“Əslində bu sahəyə nəzarət edəcək dövlət qurumu da var-AQTA. Çox təəssüf ki, bu qurum bir çox hallarda GMO-nun təbliğatçısı rolunda çıxış edir. Məsələn, bir müddət əvvəl AQTA GMO məhsullarının siyahısını paylaşmızdı. Çox təəssüf ki, həmin siyahının əvvəlində 2 abzas var idi. Bu iki abzasda GMO-nun ziyanlı olmaması barədə məlumat verilmişdi. Bu qurum Azərbaycanda GMO-nun bir növ lobbiçiliyini aparır. Belə olmasa idi, istehsalçı və satıcı şirkətlərdən ən azından məhsulların markalanmasında GMO barədə məlumatın verilməsi tələb olunardı”.

Akif Nəsirli onu da əlavə etdi ki, hesablamalara görə ölkəmizdə istehlak olunan məhsulların 90 faizi GMO-dur:

“Bu onunla bağlıdır ki, GMO məhsulları dünya bazarında çox ucuzdur. Və bizim işbazlar xaricdən keyfiyyətli deyil, ucuz məhsullar gətirmək məqsədi güdürlər. Ən pisi də odur ki, GMO məhsulları gözəl görkəmə malik olur. Və alıcılar da çox zaman bu görkəmə aldanırlar. Bu da işbazların işinə yarayır. Onlar həm rahatçılıqla GMO məhsulları ölkəmizə gətirirlər, həm də onu baha qiymətə sata bilirlər”.

Azad İstehlakşılar İctimai Birliyinin sədri Əyyub Hüseynov məsələ ilə bağlı Bizim.Media-ya danışarkən ölkəmizdə bu sahənin nəzarətdən kənar qaldığını bildirib.

“Ölkəmizdə GMO məhsullarının çox böyük şəbəkəsi var. Elə ona görə də məhsullar markalanarkən onun tərkibi barədə heç bir məlumat verilmir. Bu gün hansısa ticarət mərkəzinin rəhbərində bununla bağlı məlumat tələb etsən sənə gülər. Amma əksər ölkələrdə məhsulların GMO tərkibi barədə markalanmada və yaxud piştaxtanın kənarında məlumat lövhəsi olur.

Bu gün təkcə satılan məhsulların yox, həm də əkinlərdə və yemləmədə istifadə edilən materialların tərkibi də GMO-dur.

Hazırda Azərbaycanda yetişdirilən qarpızların tam əksəriyyəti GMO mənşəli toxumlardan alınıb. Ona görə də aldığımız qarpızların tumlarından toxum tutmaq mümkün deyi. Məhz bunun hesabınadır ki, qarpız toxumunun bir kiloqramının qiyməti 5 min manatdır.
Nəhayət ki, bu yaxınlarda AQTA ölkəyə GMO tərkibli yem və toxum materialının idxalına yaşıl işıq yandırıb.”.

Məsələ ilə bağlı AQTA ilə əlaqə saxladıq. Qurumdan Bizim.Media-ya bildirildi ki, bu sahədə geniş iş aparılır və bununla bağlı yaxın günlərdə Sizə ətraflı məlumat təqdim ediləcək.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin