Bakıda qanunsuz tikili sökülür - FOTO

Hazırda oxunan: Bakıda qanunsuz tikili sökülür - FOTO

99085

Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Fətəli Xan Xoyski küçəsində fərdi yaşayış evlərinin yaxınlığında aşkarlanmış qanunsuz tikili sökülür.

Bizim.Media xəbər verir ki, tikinti Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə daxil olmuş vətəndaş şikayətlərinə əsasən şəhərsalma nəzarəti qaydasında aparılmış monitorinq nəticəsində məlum olub.

Belə ki, sözügedən ünvanda fərdi yaşayış evinin tikildiyi bildirilsə də, inşaat işlərinin aparıldığı torpaq sahəsi üzrə şəhərsalma qanunvericiliyinin tələbləri, xüsusilə sıxlıq və ara məsafəsi əmsalları kobud şəkildə pozulub.
Komitədən bildirilib ki, həmin obyektlə bağlı Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinin tələblərinə uyğun tikintiyə icazə proseduru həyata keçirilməlidir:

"Abşeron rayonu ərazisində tikintiyə icazə icraatını həyata keçirən dövlət orqanı - Abşeron Rayon İcra Hakimiyyətidir. Aparılan qeyri-qanuni tikinti işlərinin dayandırılması və tikintiyə icazə icraatının təmin edilməsi xahişi ilə Komitə tərəfindən Abşeron Rayon İcra Hakimiyyətinə və Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə müraciət edilib".

Abşeron rayon Mehdiabad qəsəbəsi üzrə inzibati ərazi dairəsi üzrə nümayəndə Əli Həsənov jurnalistlərə açıqlamasında bildirib ki, tikili hasarın içində olub:

"Buna görə yalnız hasarı keçdikdən sonra xəbərimiz olub. 8 nəfər sakin evlərinə yaxın olduqları üçün şikayət ediblər, səbəb olaraq da toz və səs olduğunu bildiriblər".
Şikayətçi Baba Əhmədov 5-10 gün əvvəl aidiyyəti qurumlara müraciət etdiklərini vurğulayıb: "23 ildir Mehdiabad qəsəbəsində yaşayıram. Yaxın zamanda buranı aldılar və dərhal tikintiyə başladılar. Öncə deyildi ki, burada 3 mərtəbəli fərdi ev tikiləcək. Heç kimə də məlumat verilməyib ki, burada nə tikilir. Bu gün də qanunsuz olduğuna görə sökülür".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin